Elxan Süleymanov: “Avronest Parlament Assambleyasında Azərbaycanın təklifləri müzakirə olunacaq”

Elxan Süleymanov: “Avronest Parlament Assambleyasında Azərbaycanın təklifləri müzakirə olunacaq”

Sentyabrın 14-15-də Strasburqda Avronest Parlament Assambleyasının ilk sessiyası keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov deyib. E.Süleymanov bildirib ki, sessiya zamanı sentyabrın 29 və 30-da Varşavada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı tövsiyələrin müzakirə edilməsi və müvafiq qərarın qəbul edilməsi planlaşdırılır: "Bu məqsədlə Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin həmməruzəçiləri tərəfindən "2011-ci il Şərqi Tərəfdaşlıq Sammitinə tövsiyələr: məqsədyönlü fəaliyyət üçün yüksək gözləntilər"ə dair ilkin məruzə hazırlanaraq rəy və təkliflər üçün Avronest PA komitələrinə göndərilib".

Millət vəkilinin sözlərinə görə, komitələr tərəfindən məruzə ilə bağlı ilkin rəylər hazırlanıb: "Azərbaycan nümayəndə heyəti də komitələrin rəylərinin hazırlanması üçün bir sıra təkliflər hazırlayaraq müvafiq komitələrə təqdim edib. Sessiya çərçivəsində Azərbaycanın təklifləri müzakirə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə