Ayaz Mütəllibovun oğlu ilə vida mərasimi keçirilir

Ayaz Mütəllibovun oğlu ilə vida mərasimi keçirilir

Bu gün "Təzəpir" məscidində Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibovla vida mərasimi keçirilir. SİA-nın xəbərinə görə, dəfn mərasimində mərhumun qohumları ilə yanaşı eks-prezident Ayaz Mütəllibov da iştirak edir.

Mərasim saat 14.30-dək davam edəcək.

Qeyd edək ki, 49 yaşlı Azad Mütəllibov uzun çəkən xəstəlikdən sonra dünən vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün dünən axşam radələrində Moskva-Bakı reysi ilə Azərbaycana gəlib. Azad Mütəllibov Yasamal qəbiristanlığında babasının yanında dəfn ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə