Xirosima faciəsindən 66 il ötür

Bu gün Xirosima faciəsindən 66 il ötür. 1945-ci ildə Amerika hərbi hava donanması Yaponiyanın iki şəhərini: Avqustun 6-da Xirosima şəhərinə, avqustun 9-da isə Naqasakiyə atom bombası atdı.

\"Balaca oğlan\" adını daşıyan \"B-29\" təyyarəsində Xirosimaya buraxılan 5 tonluq \"Malış\" adlı atom bombası şəhərin 60 faizini tamamilə məhv etdi. Partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak oldu.

Naqasakiyə isə Amerikalılar \"Tolstyak\" adlanan atom bombası atdılar. Bombardman nəticəsində hər iki şəhərdə 210 min nəfərdən çox insan həlak olmuşdur.

Faciəli partlayışdan sonra Yaponiya qeyri-şərtsiz Amerikaya təslim oldu. Nəticədə Yapon İmperatoru Hirahito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə