Prezidenti İlham Əliyev Soçiyə işgüzar səfər edəcək

Prezidenti İlham Əliyev Soçiyə işgüzar səfər edəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev avqustun 9-da Soçiyə işgüzar səfərə gedəcək. SİA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, işgüüzar səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin bundan əvvəlki görüşü iyunun 24-də Kazanda baş tutub. Görüşdə prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsiplərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə