Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı hərbi attaşe və nümayəndələrinin toplantısı keçirilir - FOTOSSESİYA
Bu gün Bakıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlayıb.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantını MN-in beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov açaraq Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib. Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa, Azərbaycanın müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat və müzakirələr edilib.
Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB