Səfir: “Türkiyə Azərbaycanla vizanın müddətini 3 ayadək uzatmağı planlaşdırır” - AÇIQLAMA
Türkiyə Azərbaycanla vizanın müddətini 3 ayadək uzatmağı planlaşdırır. SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib:"Biz həmişə əlimzdən gələni edirik ki, azərbaycanlı bacı-qardaşlarımız Türkiyədə özlərini çox rahat hiss etsin. Bu zəmində mən əminəm ki, vaxt gələcək Azərbaycan vətəndaşları Türkiyədə vizasız yaşayacaqlar"- deyə o, əlavə edib.
Azərbaycan və Türkiyə Azərbaycan qazının Avropaya tədarükü ilə bağlı tranzit sazişi üzrə danışıqların sentyabr ayınadək yekunlaşacağını deyən səfir bildirib ki, baş nazir Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri çərçivəsində ARDNŞ rəhbərliyi və Türkiyənin enerji və təbii ehtiyatlar naziri arasında görüş keçirilib. Tərəflər danışıqlar prosesinin tezliklə yekunlaşdırılmasını qərara alıblar: "Burada bəzi texniki problemlər var və ümid edirəm ki, proses sentyabradək bitəcək", - deyən səfir həmin problemlərin nədən ibarət olduğunu açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB