İran XİN-i: “Azərbaycan, İran və Türkiyənin birgə əməkdaşlığı region üçün çox vacibdir”
Azərbaycan, İran və Türkiyənin birgə əməkdaşlığı region üçün çox vacibdir. SİA-nın xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib. O, qeyd edib ki, hər üç ölkənin xarici siyasət idarəsi rəhbərlərinin görüşü regiona öz müsbət təsirini göstərib.
Qeyd edək ki, İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi arasında üçtərəfli görüş olub. Görüş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı çərçivəsində baş tutub. Görüşdən sonra tərəflər birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunub ki, xarici işlər nazirləri ölkələr arasında tarixi, mədəni, iqtisadi, dostluq münasibətlərini, regionda və qlobal dünyada sülhün təmin olunması, bölgədə silah, narkotik və insan ticarətinə qarşı mübarizə tədbirləri, dondurulmuş münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə dair müzakirələr aparıblar.
Qərara alınıb ki, nazirlər mütəmadi görüşlər keçirərək bölgədəki məsələlərin həllinə dair müzakirələr aparsınlar.
Növbəti görüşün İranda keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB