Pavel Felqenqauer: “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri aktiv olaraq müharibəyə hazırlaşır”
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri aktiv olaraq müharibəyə hazırlaşır. SİA-nın xəbərinə görə, bunu hərbçi ekspert Pavel Felqenqauer münaqişənin nizamlanması ətrafında aparılan son vəziyyəti dəyərləndirərkən deyib: "Demək olmaz ki, Azərbaycan və ya Ermənistan oturub sakit gözləyəcək ki, digər tərəf aktiv müharibəyə hazırlaşsın. Hazırda hər iki tərəf bu istiqamətdə gizli, ya da açıq formada hazırlıq həyata keçirir".
Ekspertin sözlərinə görə, münaqişənin nizamlanmasına bu və ya digər formada cəlb olunan tərəflər müharibənin başlanması istiqamətində atılan addımlardan xəbərdardırlar və vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışırlar: "Bütün bunları nəzərə alaraq Avropa İttifaqı və Rusiya hərbi əməliyyatların başlanmaması üçün bütün vasitələrdən istifadə edirlər".
Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi əməliyyatların nə zaman başlayacağına gəlincə ekspert: "Mən bu barədə dəqiq heç nə deyə bilmərəm. Lakin çox çətin ki, 2011-ci ildə müharibə başlasın"-deyə cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB