Bayram Səfərov: “ABŞ-ın 2012-i ildə separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırmaması müsbət haldır” - AÇIQLAMA
"Artıq ABŞ-da bilirlər ki, ötən illərdə ayrılan milyonlarla vəsait separatçı Dağlıq Qarabağ rejimi tərəfindən düşmənçiliyi gücləndirmək məqsədilə xərclənib". SİA-nın məlumatına görə, bu açıqlamanı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov YAP-ın rəsmi saytına verib. B.Səfərov açıqlamasında deyib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar üzrə alt Komitəsində separatçı Dağlıq Qarabağ rejiminə 2012-ci il üçün pul ayırmaması müsbət haldır: "Artıq ABŞ-da bilirlər ki, əvvəlki illərdə ayrılan vəsaitlər dinc insanlar üçün deyil, separatçılığı, düşmənçiliyi gücləndirmək məqsədilə xərclənib".
O bildirib ki, beynəlxalq birlik Ermənistanın siyasətinin əsil mahiyyətini anlayır və bu siyasətin sülhə xidmət etmədiyini görür. Onun sözlərinə görə, erməni lobbisinin təzyiqlərinə rəğmən ABŞ Konqresində belə bir addımın atılması Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağ separatçı rejiminə ciddi zərbədir: "Doğrudur, əvvəllər ABŞ rəsmiləri bəyan edirdilər ki, Dağlıq Qarabağa ayrılan vəsait humanitar xarakterlidir. Amma heç kim bu vəsaitin necə xərclənməsinə dair hesabat vermirdi. Bu da milyonlarla məbləğin separatçı rejimin özü üçün xərcləməsinə əminlik yaradırdı. Əgər humanitar xarakterli addımlar atılırsa, onda ilk növbədə, Dağlıq Qarabağdan, öz doğma yurdlarından didərgin salınmış insanlara bu dəstək verilməli idi. Mən ümid edirəm ki, növbəti mərhələlər də uğurlu olacaq və ermənilərin cəhdlərinə baxmayaraq ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına vəsait ayırmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB