Azərbaycan ÜTT-yə üzvlüyü prosesi çərçivəsində bir sıra dövlətlərlə ikitərəfli danışıqlar keçirib
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini M.Məmməd-Quliyevin rəhbərliyi altında İqtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı Nazirlikləri və Dövlət Gömrük Komitəsinin nümayəndələrindən ibarət heyət cari ilin 25-29 iyul tarixlərində Cenevrə şəhərində səfərdə olub. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində Avropa İttifaqı, Ekvador, İsveçrə, Braziliya və Çin ilə ikitərəfli danışıqlar keçirib.
Eyni zamanda BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələr aparılmış və Cenevrədə yerləşən Ticarət və Davamlı İnkişaf üzrə Beynəlxalq Mərkəz (İCTSD) ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılıb.
Bununla yanaşı, nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar ilə əməkdaşlığı çərçivəsində, bir qrup BMT üzv-dövlətlərinin Cenevrədə akkreditə olunan nümayəndəliklərinin başçıları ilə də ikitərəfli formatda görüşlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB