Hrant Dinki qətlə yetirən şəxsə 22 il həbs verildi

Hrant Dinki qətlə yetirən şəxsə 22 il həbs verildi

Türkiyədə nəşr olunan \"Aqos\" qəzetinin baş redaktoru Hrant Dinkin qətlində ittiham olunan 21 yaşlı Ogün Samast 22 il 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmə Samastı qəsdən adamöldürmə və qanunsuz silah saxlamaqda təqsirli bilib.

Qeyd edək ki, Hrant Dink 2007-ci il yanvarın 29-da İstanbulda \"Aqos\" qəzetinin redaksiyası qarşısında qətlə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə