Rusiya müdafiə naziri: “Azərbaycanla hərbi əməkdaşlıq sferasında kifayət qədər yaxşı münasibətlər qurulub”
Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sferasında kifayət qədər yaxşı münasibətlər qurulub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Anatoli Serdyukov azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşdən sonra jurnalistlərə bildirib: "Hazırda çox gözəl münasibətlər mövcuddur. 2010-cu ildə qarşıya qoyulan vəzifələr tam yerinə yetirilib. 2011-ci il üçün bütün işlər öz qrafiki üzrə gedir".
Görüş zamanı müzakirə olunan Qəbələ RLS-nə Anatoli Serdyukov: "Biz Qəbələ RLS üzrə öz təkliflərimizi hazırlamışıq. Bundan əlavə, biz onları genişləndirmişik, RLS-i modernləşdirməyi təklif etmişik. Bizim RLS-in təkmilləşdirilməsi ilə bağlı konkret planlarımız var"-deyə o , cavablandırıb.
Onun sözlərinə görə, yaxın günlərdə işçi qrupu yaradılacaq və bütün texniki məsələlərin həll olunması üçün iki həftəlik Bakıya gələcək: "Mən avqustun 15-dən öz həmkarımla bu sazişin hər bir bəndini ətraflı müzakirə edə bilərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB