Oğuzda YAP Gənclər Birliyinin “Yay məktəbi”nin dördüncü mərhələsi start götürüb - FOTOSESSİYA

Oğuzda YAP Gənclər Birliyinin “Yay məktəbi”nin dördüncü mərhələsi start götürüb - FOTOSESSİYA

İyulun 24-də Oğuzda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi"nin dördüncü mərhələsi start götürüb. Təlimlərə paytaxtın müxtəlif rayonlarını təmsil edən YAP Gənlər Birliyi (GB) üzvlərindən 50-dən artıq fəal qatılıb.

Qeyd edək ki, iyulun 3-dən start götürən "Yay məktəbi" lalihəsi respublikanın üç - Oğuz, Qəbələ və Lerik rayonlarında keçirilir. Təlimlərin keçirilməsində əsas məqsəd YAP GB üzlərinin mədəni istirahətini təşkil etmək, gənclərin bir-birləri ilə ünsiyyətinin yaxşılaşdırmaq, region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələri möhkələndirmək, gənclərin eimi, intelektual potensialının yüksəldilməsinə xidmət edən yarışların, idman oyunlarının, digər tədbirlərin kecirilməsidir.

"Yay məktəbi"nin rəsmi açilişında YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov, millət vəkilləri, müvafiq dövlət strukturlarının rəsmiləri iştirak ediblər.

İyulun 24-də "Yay məktəbi"nin iştirakçıları Oğuz rayon mərkəzində Ulu öndər Heydər Əliyein adını daşıyan parka gəliblər, burada Ümumilli liderin xatirəsinə ucaldılan abidənin önünə tər çiçək dəstələri düzüblər. Tədbirdə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmli, YAP GB-nin Seymur Orucov, Oğuz rayon İcra hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Həmin gün Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) gənc üzlərindən ibarət nümayəndə heyəti də Oğuz rayonuna səfərə gəliblər. "Afra" otelinin önündə YAP gəncləri Rumıniyadan olan həmkarlarını gül-çiçəklə qarşılayıblar.

Sonra Oğuz Olimpiya Kompleksində YAP və PDL gənclər təşkilatları arasında mini-futbol üzrə yoldaşlıq matçı təşkil olunub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində YAP gəncləri daha fəallıq göstəriblər. Birinci hissə 1:0 hesabı ilə "meydan sahibləri"nin xeyrinə başa çatıb. İkincı hissədə qonaqlar fəallıqlarını artırıblar və raqibi oyunu mərkəzdən başlamağa məcbur ediblər. Az sonra YAP gəncləri də qonaqlara eyni "jest"lə cavab veriblər. Hakimin final fiti səslənənədək YAP gəncləri hesabdakı malik olduqları üstünlüyü qoruya biliblər. Yoldaşlıq görüşü elə 2:1 hesabı ilə də başa çatıb.

İyulun 25-də "Yay məktəbi" iştirakçılarını, eləcə də Rumıniyadan olan gəncləri maraqlı səfər proqramı gözləyir. Onlar əvvəlcə Şəki şəhərinə səfər edəcəklər. Burada Xan sarayı və Karvansarayla tanış olacaqlar, "Marxal" istirahət mərkəzində nahar edəcəklər, Kiş kəndində yenidənqurmadan sonra istifadəyə verilmiş qədim Alban kilsəsi ilə tanış olacaqlar.

Qeyd edək ki, iyulun 29-dək davam edəcək "Yay məktəbi"nin iştirakçıları həmçinin müxtəlif dəyirmi masalarda, Oğuz rayon ictimaiyətinin təmsilçiləri ilə görüşlərdə işrirak edəcək, maraqlı diskussiyaların iştirakçıları olacaqlar.


Səlim Loğmanoğlu, Oğuz

Bütün xəbərlər Facebook səhifəmizdə