Rəcəb Tayyip Ərdoğanın Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, səfər iyulun 27-də baş tutacaq.
Səfər çərçivəsində Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və heyətlərarası görüşü planlaşdırılır.
Görüşlər zamanı tərəflər iki dövlət arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərini o, cümlədən ortaq maraq kəsb edən regional və beynəlxalq vəziyyəti müzakirə edib dəyərləndirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB