Türkiyə Azərbaycanla sərhədlərini polisin mühafizəsinə verəcək

Türkiyə Azərbaycanla sərhədlərini polisin mühafizəsinə verəcək

Yeni sərhəd nəzarət sisteminə keçən Türkiyə Azərbaycanla sərhədlərini polisin mühafizəsinə verəcək. SİA-nın məlumatına görə, 2017-ci ilə kimi Türkiyənin Azərbaycanla sərhədlərini hərbi qüvvələr deyil, polis qoruyacaq.

Türkiyə terrorla mübarizə çərivəsində sərhədlərin mühafizə qaydalarında dəyişikliklər edəcək. Sərhədlərinin mühafizəsinin effektivliyini artırmağı düşünən Ankara çevik polis qüvvələrini bu prosesə cəlb etməyi düşünür.

2015-ci ildə Yunanıstan və Bolqarıstan, 2017-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistan, 2018-ci ildə isə İraq və Suriya ilə Türkiyə sərhədlərinin mühafizəsi polis qüvvələrinə həvalə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə