Rasim Musabəyov: “Rusiya bilir ki, Ermənistana pul xərcləsə Azərbaycana olan bir çox müraciətləri cavabsız qalacaq” - MÜNASİBƏT

Rasim Musabəyov: “Rusiya bilir ki, Ermənistana pul xərcləsə Azərbaycana olan bir çox müraciətləri cavabsız qalacaq” - MÜNASİBƏT

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi fəallıq Rusiyanın hazırkı siyasəti ilə bağlıdır". SİA-nın məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında politoloq Rasim Musabəyov deyib.

O bildirib ki, Rusiya tərəfi anlayır ki, vəziyyəti olduğu kimi saxlamaq qeyri-mümkündür: "Rusiya Azərbaycanın güclənməsi fonunda Ermənistanın zəiflədiyini açıq şəkildə görür. Rusiya Ermənistana pul xərcləsə və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmasa, Rusiyanın Azərbaycana olan bir çox müraciətləri cavabsız qalacaq, Rusiya zərərkəçən tərəf olacaq. Vəziyyət belə davam etsə, Azərbaycan Ermənistanı tam çökdürəcək. Bunun qarşısını almaq üçün Rusiya Ermənistana xeyli pul xərcləməlidir. Bu isə Rusiyaya xeyir vermir, əksinə, zərərinədir. Rusiyanın marağı odur ki, münaqişənin həlli ilə bağlı irəliləyiş əldə olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə