Media rəhbərləri Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və media qurumlarının rəhbərləri milli mətbuatın yaranmasının 136 illik yubileyi münasibəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, media mənsubları məzarın üzərinə əklil qoyublar. Daha sonra Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə danışıb. "Əkinçi" qəzetinin keçdiyi böyük tarixi yola nəzər salan Ə. Amaşov Azərbaycan mətbuatının bu 136 ildə şərəfli yol keçdiyini qeyd edib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu milli mətbuatımızın inkişaf yolu, dünəni və bu günü, "Əkinçi" qəzetinin milli mətbuat tarixində rolu barədə danışıblar. Bu gün Azərbaycan mətbuatının inkişaf mərhələsində olduğunu vurğulayan Vüqar Səfərli mətbuatının inkişafına dövlət dəstəyinin günü-gündən artırıldığını bildirib.
Azərbaycan mətbuatının sovetlər birliyi dönəmindəki fəaliyyətinə aydınlıq gətirərək, diqqəti onun respublikamızın ikinci dəfə müstəqilliyini əldə etməsindəki roluna yönəldən "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin və Sestv.az İnternet Televiziyasının baş direktoru Bəhruz Quliyev ölkəmizdə medianın inkişafına dövlət qayğısının bariz tendensiyaya çevrildiyini vurğulayıb. B. Quliyev həmçinin Azərbaycanda ümummilli lider Heydər Əliyevin 1993-cü ildən bəri media sahəsində həyata keçirdiyi siyasətin mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqarər olmasına yönəldiyini vurğulayıb: "Hazırda isə prezident İlham Əliyev tərəfindən ötən müddət ərzində imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş qanunlar həm mediamızın saflaşması prosesinə dəstək, həm də ümumilikdə mediaya dövlət qayğısının yeni nümunələri nöqteyi-nəzərdən əhəmiyyətli rol oynayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB