Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralını andiçmə günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikanın Kralı Əlahəzrət II Albertə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: Əlahəzrət,
Ölkənizin milli bayramı – Kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh və rifah arzulayıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB