Polşa Prezidenti Cənubi Qafqaz ölkələrinə rəsmi səfərə hazırlaşır

Polşa Prezidenti Cənubi Qafqaz ölkələrinə rəsmi səfərə hazırlaşır

İyulun 26-da Polşa Prezidenti Bronislav Komorovski Cənubi Qafqaz ölkələrinə səfər edəcək. SİA-nın məlumatına görə, Komorovskinın region ölkələrinin hər birinə səfəri rəsmi xarakter daşıyacaq.

Prezidentin səfəri Azərbaycandan başlanacaq. Onun marşrutunda son məntəqə isə Ermənistan olacaq. Polşa Prezidenti bu ölkəyə iyulun 28-də gələcək.

Prezidenti nazirlərdən və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Komorovski Polşa dövlətinin başçısı vəzifəsinə seçiləndən sonra Cənubi Qafqaz regionuna ilk dəfə səfər edəcək.

Bronislav Komorovski 2010-cu ilin yayında Polşa Prezidenti seçilmişdir. 2011-ci il iyulun 1-dən dekabrın 31-dək Polşa Avropa İttifaqı Şurasının sədridir.

Bütün xəbərlər Facebook səhifəmizdə