ATƏT-in Minsk qrupunun həmsədrləri Edvard Nalbandyanla görüşüb

ATƏT-in Minsk qrupunun həmsədrləri Edvard Nalbandyanla görüşüb

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke(ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb.

SİA-nın "Armtoday" saytına istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində tərəqqi əldə olunmasının yolları müzakirə olunub. Eyni zamanda həmsədrlər Bakıda keçirdikləri görüşlər barədə də E.Nalbandyanı məlumatlandırıblar.

Qeyd edək ki, vasitəçilər Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə