“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT-də müzakirə olunub

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” BMT-də müzakirə olunub

Azərbaycanın işğal olunmuş ərzilərində vəziyyət və GUAM məkanında "dondurulmuş münaqişələr" mövzuları BMT Baş Assambleyasının qarşıdan gələn payız sessiyasının gündəliyinə daxil edilib.

SİA-nın məlumatına görə, bu barədə BMT-nin rəsmi internet saytında bildirilib. Məlumatda qeyd olunub ki, hər iki mövzu Baş Assambleyasının ilkin gündəliyinin "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması" bölümündə əks olunub. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı mövzusu gündəliyinin 39-cü, "GUAM məkanındakı dondurulmuş münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" isə 35-ci yerdədir.

Qeyd edək ki, BMT Baş Assambleyasının iclası cari ilin sentyabrın 13-də başlayacaq, sentyabrın 30-da isə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə