Vəfa Quluzadə: “Rusiya Qərb dövlətlərinə söz verib ki, region ölkəsi kimi münaqişəni həll edəcək” - MÜNASİBƏT

Vəfa Quluzadə: “Rusiya Qərb dövlətlərinə söz verib ki, region ölkəsi kimi münaqişəni həll edəcək” - MÜNASİBƏT

"Qərbin təzyiqləri artır. Qərb tələb edir ki, problemin həllini Rusiya sona yetirsin. Çünki, Rusiya Qərb dövlətlərinə söz verib ki, region ölkəsi kimi münaqişəni həll edəcək". SİA-nın verdiyi məlumata görə, bunu "Amerikanın səsi" radiosuna açıqlamasında Xarici Siyasət Məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyib.

Politoloq qeyd edib ki, Rusiya 90-cı illərdən belə bəyanatlarla çıxış edir. Hətta, 1998-ci ildə Denverdə Rusiya, Fransa və ABŞ prezidentləri 1999-cu ildə Dağlıq Qarabağ probleminin həllini tapacağı ilə bağlı birgə bəyanat verib. Rusiya çox sözlər verib və sonda sözünün arxasında dayanmayıb. Ona görə, Rusiyaya inanmaq olmaz. Bir sözlə, Rusiyanın siyasəti məsələləri dolaşdırmaq, gözdən pərdə asmaq, gedib Amerikaya yalan məlumat vermək və aldatmaqdır.


Rusiyanın XİN rəhbərinin Amerikaya səfərinə münasibət bildirən V.Quluzadə: "Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqtona gedib tamamilə yalan məlumat verəcək ki, Azərbaycan danışıqlarda güzəştə getmir, ona görə də problem həllini tapmır. Daha demir ki, Rusiya ilə Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, Qarabağ Azərbaycan ərazisidir. Rusiya və Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən bir santimetr də geri çəkilməyib. Hələ üstəlik işğal altında olan torpaqları yandırır, işğal etdiyi ərazilərdən Azərbaycanın mülki əhalisi yaşayan kəndlərə güllə yağdırır. Məhz, bunları Amerika prezidentinə Sergey Lavrov deməyəcək", - deyə bildirib.


Qeyd edək ki, artıq ABŞ prezidenti Lavrovu Ağ Evdə qəbul edib. Ağ Ev isə ABŞ prezidenti Barak Obama və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, prezident Obama və Xarici İşlər naziri Lavrov görüşdə ikitərəfli və beynəlxalq bir sıra məsələləri müzakirə ediblər.


Prezident Obama Xarici İşlər naziri Lavrova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərinə görə təşəkkürünü bildirib və ABŞ-ın çərçivə sazişinin əldə olunması işinə sadiq qaldığını bir daha vurğulayıb.


ABŞ prezidenti və Xarici İşlər naziri Lavrov arasında görüdə Avropada raketlər əleyhinə müdafiə sahəsində əməkdaşlıqi imkanları da müzakirə edilib. Prezident Obama Rusiyanın bu il Dünya Ticarət Təşkilatına üzvlüyü prosesini başa çatdırmaq səylərinə güclü dəstək verdiyini bir daha təkrar edib.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə