Prezident İlham Əliyevə "Yay məktəbi"nin iştirakçıları adından müraciət qəbul olunub
Respublika gənclərinin intelektual səviyyəsini yüksəltmək, onları fəal ictimai işə cəlb etmək, əlaqələrini möhkəmləndirmək, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin əsas vəzifələrindən sayılır. Bu məqsədlə təşkilat hər ilin yay aylarında ənənəvi olaraq gənclərin regionlara, səfalı yerlərə səfərlərini təşkil edir. İyul ayının 11-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Yay məktəbi" layihəsinə uyğun olaraq Qəbələ-2 gedişinə start verilib. "Yay məktəbi"ndə YAP-ın müxtəlif bölgələrindən olan fəal gəncləri Qəbələ rayonu "Qafqaz" otelində toplaşıblar. "Yay məktəbi" layihəsinin proqramına uyğun olaraq 11 iyul tarixində gənclər öncə Qəbələ şəhərinin mərkəzindəki parkda ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və Heydər Əliyev Mərkəzini ziyarət ediblər. "Yay məktəbi" layihəsinin proqramına uyğun olaraq iyulun 12-də "Qafqaz" otelinin konfrans zalında Milli Məclisin deputatı Musa Quliyev "Azərbaycan dünən, bugün və sabah: ulu öndər Heydər Əliyev ideyaları əməli fəaliyyətdə" mövzusunda mühazirə oxuyub. Mövzu ətrafındakı diskussiyalarda YAP Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev, YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abasəliyev, Babək Mehdiyev, Qabil Qafarov, Asiman Hacıyev, Kənan Firdovsioğlu, Masallı rayon Gənclər Birliyinin sədri Seymur Nuriyev, Şirvan şəhər Gənclər Birliyinin üzvü Pərvanə Qurbanzadə fəal iştirak edərək fikirlərini diskussiya iştirakçıları ilə bölüşüblər.
İştirakçı gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə proqramın davamı olaraq, YAP-ın Qəbələ rayonundakı yay məktəbinin iştirakçıları ilə YAP-ın Oğuz rayonundakı yay məktəbinin iştirakçıları arasında "Kim? Harda? Necə?" intellektual yarışı keçirilib. Yarışda 8 komanda iştirak edib və nəticədə Oğuzun "AFRA" komandası 1-ci yeri, Qəbələnin "İSTİQLAL" komandası isə 2-ci yeri tutub.
İyulun 13-də isə "Gənclik və müasirlik, internetdə sosial şəbəkə və gəncliyin baxışı" mövzularında gənclər arasında diskussiya keçirilib. Diskussiyaya rəhbərlik edən millət vəkili Musa Quliyev müasir gəncliyin fəaliyyəti və qarşıda duran vəzifələri haqqında nitq söyləyib. Mövzu ətrafında ilk olaraq söz alan Yasamal rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev müasir gəncliyin təhsildə olan uğurlarından və bu mövzuda görülən işlərdən söhbət açıb. YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Abasəliyev Prezident İlham Əliyev tərəfindən qəbul olunan Dövlət Proqramları haqqında danışıb və bunların Azərbaycan gəncliyi üçün çox böyük əhəmiyyəti olduğunu qeyd edib.
YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Zəkiyyə Musayeva isə XXI əsrin gətirdiyi yeniliklərdən biri olan "İnternetdə, sosial şəbəkə və gəncliyin baxışı" mövzusundan söhbət açıb və diskussiya çərçivəsində qeyd olunan mövzu ilə əlaqədar olaraq qısa film nümayiş olunub. Filmin nümayişindən sonra YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədri R.Abbasəliyev, Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Heyran İsaqlı, Nəsimi rayon təşkilatının Gənclər Birliyinin üzvləri Zakir Əliyev və Lalə Hüseynova, Xəzər rayon təşkilatının Gənclər Birliyinin üzvü Ülkər Məmmədzadə və Şirvan şəhər təşkilatının Gənclər Birliyinin üzvü Samir Əhmədov mövzu haqqında öz fikirlərini bölüşüblər.
Sonra gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə iştirakçı 2 qrup arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilib. Üzgüçülük, stolüstü tennis növləri üzrə Oğuz gəncləri, şahmat, dama və nərd növləri üzrə isə Qəbələ gəncləri qalib olublar. İdmanın əsas növlərindən biri olan futbol oyunu böyük marağa səbəb olub. Nəticədə Qəbələnin futbol komandası Oğuzun futbol komandası üzərində (5-2) hesabı ilə qələbə çalıb.
İyulun 14-də isə "Qafqaz" otelinin konfrans zalında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 42-ci ildönümü ilə əlaqədar "Yay məktəbi"nin gənclərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə gənclər bir dəqqiqəlik sükutla Ulu öndərin xatirəsini yad ediblər. Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Musa Quliyev mühazirə oxuyub. Sonra Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş filim nümayiş olunub. Sonra gənclərin çıxışları dinlənilib. Sonda Qəbələdəki "Yay məktəbi"nin iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB