Azərbaycan Prezidenti Minsk qrupunun həmsədrlərini və ATƏT sədrinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti Minsk qrupunun həmsədrlərini və ATƏT sədrinin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. SİA-nın xəbərinə görə, məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə