Medvedev seçim tələb edir: \"Ya mən, ya Putin\"

Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev böyük biznesmenlərə özü və baş nazir Vladimir Putin arasında seçim etmək barədə göstəriş verib.

SİA-nın məlumatına görə, böyük biznesmenlərlə görüşdə Medvedev qərarın vaxtının çatdığını deyib: \"Artıq qərar verməyin vaxtı çatıb. Hamı ətraflı düşünüb qərarını versin. Növbəti prezident mən, yoxsa Vladimir Putin olacaq? Bu sualı cavablandırmağın zamanı yetişib\".

Qeyd edək ki, mətbuat konfransında Medvedevdən siyasət haqqında söhbət gözlənmirdi, lakin görüşün sonuna yaxın dövlət başçısı qəflətən bu mövzunu açaraq sözünü çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...