Azərbaycan Ermənistana qarşı qaldırılan iddia ərizələrini Avropa Məhkəməsinə göndərib
Azərbaycan Ermənistana qarşı qaldırılan iddia ərizələrini Avropa Məhkəməsinə göndərib. SİA-nın məlumatına görə, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış və ya erməniləşdirilmiş Azərbaycana məxsus 4 məscid, 5 muzey və 3 Alban dövrü monastırının vandalizmə məruz qalması barədə Ermənistana qarşı məhkəmə iddiası artıq Avropa Məhkəməsinə göndərilib. İddia Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiasının qaldırılması" adlı layihə çərçivəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB