“Sanitariya qaydalarını pozan 234 sahibkar cərimə edilib, 113 obyektin istismarı dayandırılıb”-AÇIQLAMA
\"Cari ilin 6 ayı ərzində ərzaq və istehsalatın saxlanması sahəsində sanitariya qaydalarını pozan 234 müəssisənin sahibkarı inzibati qaydada cərimə edilib\". Bu barədə SİA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, 113 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib və bu da həmin obyektlərin gigiyenik cəhətdən istismara yararsız olması ilə əlaqədardır. Onun sözlərinə görə, 52 nəfər tibbi müayinədən keçməyən və şəxsi gigiyenik qaydalara əməl etməyən şəxslərin işdən kənarlaşdırılması barədə müəssisə rəhbərlərinə təqdimatlar verilib.
"Bu müddətdə 3027 qida nümunəsi fiziki-kimyəvi, l 1666 ərzaq nümunəsi mikrobioloji, 398 nümunə taksikoloji, 65 nümunə isə radioloji göstəricilərinə görə laborator tədqiqatlara cəlb edilib. 31 nümunədə arqonatik fiziki-kimyəvi göstəricilər mikrobioloji normalara uyğun olmayıb. Bundan əlavə, ictimai-iaşə müəssisələrindən, şadlıq evlərində müxtəlif əşyalardan, işçilərin əllərindən, istifadə etdikləri stəkan, qaşıq və sairədən 5553 yaxma nümunəsi də götürülüb. 48 soyuq qəlyanaltıdan nümunələr əldə edilib. 5553 yaxmadan götürülən nümunələrdən 83-də gigiyenik cəhətdən çirklənmələr normadan yuxarı olub", - deyə o ə qeyd edib.
İ.Abdullayev vurğulayıb ki, cari ilin 6 ayı ərzində 358 qida zəhərlənməsi hadisəsi baş verib və nəticədə 433 nəfər zərər çəkib: "Zəhərlənmə hallarının 18-i botulizm hadisəsidir. Botulizm nəticəsində 36 nəfər zəhərlənib, onlardan 1-i dünyasını dəyişib. Yalnız iyun ayı ərzində 106 qida zəhərlənməsi baş verib, nəticədə 115 nəfər zəhərlənmədən zərər çəkib. Bu il zəhərlənmə halları əvvəlki illərə nisbətən daha azdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB