BQXK nümayəndələri Azərbaycanda əsirlikdə olan ermənilərə baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilər - 3 hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Şəhla Qəhrəmanova SİA-ya açıqlamasında bildirib ki, komitənin nümayəndələri tərəfindən hərbi əsirlərə və ailəyə 4 "Qızıl Xaç" məktubu və 3 şifahi məlumat çatdırılıb. Onlardan isə ailələrinə 5 "Qızıl Xaç" məktubu çatdırılıb.
Qeyd edək ki, Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB