İlham Əliyev NATO-nun baş katibinin müavinini qəbul edib

İlham Əliyev NATO-nun baş katibinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə NATO arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə NATO-nun Təchizat və Təminat Agentliyinin birgə həyata keçirdiyi partlamamış mərmilərin təmizlənməsi layihəsinin başa çatmasından məmnunluq ifadə olundu.

Görüşdə, həmçinin terrorizmə qarşı mübarizə, enerji və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня