Azərbaycandan Ukraynaya etiraz notası!

Azərbaycandan Ukraynaya etiraz notası!
Azərbaycan Ukraynaya etiraz notası göndərəcək. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov deyib. O bildirib ki, nota Ukraynanın "Image" jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə materialların dərc olunması ilə bağlıdır: "Ukraynanın beynəlxalq iş jurnalı "Image" Ermənistanın Ukraynadakı səfirliyinin yardımı ilə xüsusi nömrə buraxıb. Buraxılış tamamilə Ermənistana və Dağlıq Qarabağ separeatçı rejiminə həsr edilib, bununla yanaşı, Azərbaycan əleyhinə materiallar və saxtalaşdırılmış məlumatlar dərc olunub. Azərbaycan, guya "Ukrayna Prezidenti Administrasiyasının himayəsi ilə buraxılan" jurnalın əslində dələduzluqla məşğul olduğunu Ukrayna XİN-in diqqətinə çatdıracaq. Bununla yanaşı, jurnalın redaksiyasına da etiraz göndərib izahat tələb edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə