Baş nazirin müavini: “ Son 13-14 il ərzində yalnız bir nəfər minaaxtaran həlak olub”
"Hazırda 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) 500-dən artıq mütəxəssis fəaliyyət göstərir. Onların hər biri bütün dünyada tətbiq olunan ən müasir texnika ilə təchiz olunublar". SİA-nın xəbərinə görə, bu barədə baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, artıq Azərbaycanda yüksək peşəkarlıq səviyyəsi olan minaaxtaranlar hazırlanıb. Son 13-14 il ərzində minaların axtarılması və təmizlənməsi zamanı yalnız bir nəfərin həlak olduğunu deyən baş nazirin müavini qeyd edib ki, bu da dünya səviyyəsində çox yaxşı statistikadır.
"20-30 il əvvəl müharibə qurtaran bir çox ölkələrdə həmin ərazilər hələ də tam şəkildə minalardan təmizlənməyib. Amma Azərbaycanda bu işlər uğurla həyata keçirilir. Bəzi ölkələrdən bir sıra mütəxəssislər Azərbaycana gələrək təcrübə keçməyə çalışırlar. Sovet ordusu Azərbaycanı tərk edərkən çox şeylər qoyub gedib. Belə ki, bunların arasında minalı, döyüş sursatları olan sahələr də var. Bakının dörd bir yanı minalanıb. Qaradağ rayonununda hərbi bazanın ərazisində nə qədər partladılmış sursat var. Qarabağ münaqişəsi həll olunandan sonra da ANAMA oradakı mina təmizləmə əməliyyatlarına cəlb olunacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB