Nazim Fərəcov: “ATƏT-in Minsk qrupu Ermənistanı qeyri-konstruktiv mövqedən əl çəkməyə məcbur etməlidirlər”
"Kazan görüşü bir daha ermənilərin qeyri-səmimi və qeyri-konstruktiv mövqedən əl çəkmədiklərini, o cümlədən, münaqişənin həllinə maneçilik törətdiklərini bir daha aşkar şəkildə dünyaya nümayiş etdirib. Bu ölkə açıq şəkildə insan hüquqları normativlərini pozur və münaqişənin həlli istiqamətində gedən prosesin uğurlu inkişafını istəmir. Bu, Kazan görüşlərin sonrakı dövrdə erməni rəhbərlərinin verdikləri açıqlamalarda da özünü göstərir".
SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Nazim Fərəcov yap.org.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, bu gün Ermənistan dünya ictimaiyyətinin gözü qarşısında işğalçılıq siyasəti yürüdür: "Azərbaycan torpaqlarının 20 fazi işğal altındadır. O cümlədən, 1 milyona yaxın vətəndaşlarımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bütün bunlar Ermənistanın apardığı işğal siyasətinin nəticələridir. Bu işğalçı siyasət bölgədə gedən ümumi inkişaf tendensiyasının da qarşısını alır. Bu baxımdan dünya ictimaiyyəti, ATƏT-in Minsk qrupu bu məsələdə qəti mövqe nümayiş etdirməli və Ermənistanı qeyri-konstruktiv mövqedən əl çəkməyə məcbur etməlidirlər. Əks halda Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə mövcud stat-kvonun aradan qalxması mümkün olmayacaq. Bu isə münaqişənin həllinə mane olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB