Şəmsəddin Hacıyev: “Qəbələdə olan inkişaf bir çox inkişaf etmiş ölkələrin regionlarında yoxdur” - AÇIQLAMA

Şəmsəddin Hacıyev: “Qəbələdə olan inkişaf bir çox inkişaf etmiş ölkələrin regionlarında yoxdur” - AÇIQLAMA

"YAP gəncləri "Yay məktəbləri"ndə partiyanın qarşıya qoyduğu məqsədləri, ölkənin ictimai-siyasi həyatını dərindən təhlil etmək imkanına malikdirlər". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev deyib. O, bu layihədə gənclərin öz fikirlərini bildirdiklərini, müxtəlif intelektual və idman oyunları keçirdiklərini, diskussiyalar etdiklərini, vurğulayıb.

""Yay məktəbləri" ən yüksək standartlara cavab verən səviyyədə təşkil olunub. Qəbələdə olan inkişaf bir çox inkişaf etmiş ölkələrin regionlarında yoxdur", - deyən millət vəkili gələcəkdə belə tədbirlərin daha da genişlənməsini arzuladığını bildirib. O, müasir gəncliyimizin Azərbaycanın inkişafında rolunu da yüksək qiymətləndirdiyini əlavə edib: "Tam arxayınam ki, bu cür gənclər gələcəkdə biz görə bilmədiyimiz işləri də görəcəklər".


Elgün Vidadioğlu - QƏBƏLƏ-BAKI


Bütün xəbərlər Facebook səhifəmizdə