Əli Əhmədov: “Azərbaycan gəncləri birmənalı şəkildə Prezident İlham Əliyevin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar müəyyənləşdirdiyi siyasəti qətiyyətlə dəstəkləyirlər” -

Əli Əhmədov: “Azərbaycan gəncləri birmənalı şəkildə Prezident İlham Əliyevin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar müəyyənləşdirdiyi siyasəti qətiyyətlə dəstəkləyirlər” -
"Yeni Azərbaycan Partiyası (YAP) bir neçə ildir ki, yay aylarında gənclər üçün "Yay məktəbləri" təşkil edir. Bu ilki "Yay məktəbləri" Azərbaycanın 3 bölgəsində keçirilir - Qəbələ, Oğuz və Lerikdə. Bu layihədə Azərbaycanın bütün bölgələrini təmsil edən gənclər iştirak edirlər".

SİA-nın məlumatına görə, bu sözləri YAP Sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O, "Yay məktəbləri"ni təşkil etməkdə YAP-ın qarşıya qoyduğu məqsədlərin olduğunu bildirib: "Bu məqsədlərdən biri gənclərin bir-birləri ilə yaxından tanış olmaları, ünsiyyət yaratmalarıdır. İkincisi gənclərimizin vaxtlarını yaxşı, səmərəli keçirtmələri, Azərbaycanın ictimai-siyasi həyatı barədə əhəmiyyətli fikir mübadilələləri aparmalarıdır".

YAP Sədrinin müavini vurğulayıb ki, gənclər müxtəlif diskussiyalar, müzakirələr etmək, ölkə başçısı İlham Əliyevin apardığı siyasətin nailiyyətləri və uğurları haqqında fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Digər məqsədin gəncləri istirahət etmək üçün şərait yaradılmış ayrı-ayrı bölgələrə gətirməklə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün regionlarımızda olan inkişafı və onun nəticələrini göstərmək olduğunu deyən millət vəkili, bu bölgələrə gələn gənclərimizin burada istirahət etməklə yanaşı, oraların nə qədər inkişaf etdiyini, müasirləşdiryini gördüyünü bildirib.

"Bu layihədə YAP-ın gəncləri ölkənin ictimai-siyasi həyatında öz fəallıqlarını artırmaq imkanı əldə edirlər. Onlar vətənlərini daha yaxından tanıyırlar ki, bu da onların vətənpərvərlik hissini daha da artırır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri birmənalı şəkildə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar müəyyənləşdirdiyi siyasəti qətiyyətlə dəstəkləyirlər, istənilən an torpaqlarımızı işğaldan azad etmək üçün hazır olduqlarını bəyan edirlər. Bu, YAP-ın gənclərinin nə dərəcədə dərin vətənpərvərlik hisslərinin olduğunu göstərir", -deyə Ə.Əhmədov əlavə edib.


Elgün Vidadioğlu-QƏBƏLƏ-BAKI


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня