SAM Beynəlxalq Siyasi Psixoloqlar Cəmiyyətinin konfransında təmsil olunacaq

SAM Beynəlxalq Siyasi Psixoloqlar Cəmiyyətinin konfransında təmsil olunacaq

9-12 iyun 2011-ci il tarixində Türkiyənin İstanbul şəhərində, Bilgi Universitetində Beynəlxalq Siyasi Psixoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə "Əməkdaşlıq və cəmiyyətlər: Çoxşaxəli siyasi psixologiyaya doğru" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Rauf Qaragözov konfransda təmsil olunaraq "Dağlıq Qarabağ nümunəsində etnosiyasi münaqişənin kollektiv yaddaşı" mövzusunda məruzə ilə çıxış edəcək.

SAM-dan SİA-ya verilən xəbərə görə, konfransda müzakirə olunacaq əsas mövzu cəmiyyətin inkişafına müstəsna təsir edən çoxşaxəli əməkdaşlıqdır. Belə ki, siyasi psixologiya daim insan təbiətini qruplararası münaqişələr, zorakılıq, diskriminasiya və s. bu kimi mənfi aspektlərdən tədqiq edib. Lakin, elmi təkamül prosesində cəmiyyətdə həmrəylik və əməkdaşlığın labüdlüyü ön plana keçib. Tədbirin də əsas məqsədlərindən biri qloballaşan dünyada millətlərarası dini, coğrafi və mədəni fərqliliyin doğurduğu problemlərin qarşısını almaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə