Azərbaycan XİN: “Azərbaycan Əfqanıstanda baş verən təyyarə qəzası ilə bağlı vəziyyəti tam nəzarətdə saxlayır”
Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən təyyarə qəzası ilə bağlı vəziyyəti tam nəzarətdə saxlayır. Bunu SİA-ya açqılamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, baş verən təyyarə qəzası ilə bağlı Azərbaycanın Pakistandakı səfriliyinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB