Prezident Administrasiyasının rəsmisi: “Yaşına görə Azərbaycan diasporunun faəliyyəti yüksəkdir”
\"Yaşına görə Azərbaycan diasporunun fəaliyyəti yüksəkdir". Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı SİA-ya açıqlamasında deyib ki, xüsusən də Dünya Azərbaycanlıların III-cü qurultayından sonra şübhəsiz böyük işlər görüləcək: "Dövlətimiz buna böyük əhəmiyyət verir. Prezidentimiz də çıxışında diasporanın fəaliyyətinin istiqaməti ilə bağlı səfirliklərə göstəriş verdi. Eyni zamanda bizim diaspora ötən illərlə müqayisədə çox böyük nailiyyətlər əldə edib. Amma bizim çox işləməyimiz lazımdır. Arxayınlaşmaq olmaz".
PA rəsmisi əldə olunan uğurların fonunda erməni diasporunun fəaliyyətinə də toxunub: "Erməni diasporunun tarixi çox məkirli və çoxşaxəlidir. Dünya dövlətlərində uzun müddətdir fəaliyyət göstərir, kifayət qədər hədəflərini müəyyən etmiş birbaşa işləyən diasporadır. Bu hadisələrin fonunda Azərbaycan diasporu böyük uğurlar əldə etmək üçün çox işləməlidir. Bu kampaniya deyil. Hər gün, hər saat, hər saniyəlik işdir və davamlı, sürətli, sistemli şəkildə davam etdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB