Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov və digər rəsmi şəxslər qarşılayıb.
A.Keldibekov hava limanında jurnalistlərə açıqlama verib. Qırğızıstanla Azərbaycan arasındakı möhkəm dostluq əlaqələrindən danışan Axmatbek Keldibekov hər iki ölkənin müstəqillik qazandıqdan sonra münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Qırğızıstan Parlamentinin sədri səfərin məqsədinin sürətlə inkişaf edən Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikri mübadiləsi aparmaq olduğunu deyib.
Qeyd edək ki, A.Keldibekov rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, həmçinin Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB