Son on ildə ABŞ-ın apardığı müharibələr 225 min insanın həyatı bahasına başa gəlib

Son on ildə ABŞ-ın apardığı müharibələr 225 min insanın həyatı bahasına başa gəlib

2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerika Birləşmiş Ştatların dünyanın müxtəlif ölkələrində apardığı lokal və genişmiqyaslı müharibələrdə 225 min insan həyatını itirib. Maddi ziyan isə 3,7 trilyon dollar səviyyəsində ölçülür. SİA-nın Agence France-Press-ə istinadən verdiyi məlumata görə, statistik rəqəmlər Braun Universitetinin araşdırmaları əsasında hazırlanıb. Hesabatın hazırlanmasında iştirak edən Netoy Krouford və Ketrin Lutç bunun üçün İraqda və Əfqanıstanda aparılan müharibənin, eyni zamanda Pakistanda həyata keçirilən antiterror əməliyyatlarının nəticələrini hesablayıblar. "Çox incə hesablamalardan sonra ortaya dəqiq rəqəmlər çıxara bildik. Belə ki, ABŞ ordusunun həyata keçirdiyi müharibələrdə 225 min insan müharibənin qurbanına çevrilib, 365 mini isə yaralanıb", - deyə araşdırıcılar təsdiq ediblər.

Ən çox ziyan isə mülki vətəndaşlara dəyib – 172 min. İraqda 125 min, Pakistanda 56, Əfqanıstanda isə 12 min yerli sakin həlak olub.

Silahlıların itkisi isə 20-51 min civarında ölçülür.

Hərbçilər arasında itki belədir: ABŞ 6 min, müttəfiq qoşunları 1,2 min, İraq hərbçiləri 9,9 min, Pakistan 3,5, Əfqanıstan 8,8 min, özəl qoruyucu firmaları 2,3 min.

ABŞ müharibələri 168 jurnalistin və 266 humanitar xidmət əməkdaşının həyatına son qoyub.


Bütün xəbərlər Facebook səhifəmizdə