- Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün nəhayətdə Ermənistan sülh, yoxsa müharibə variantını seçəcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Vüsal Quliyev, politoloq:
- Belə davam etsə Dağlıq Qarabağ münaqişəsinin həlli yolu tezləşəcək. Amma necə? Bu gün Ermənistan gücsüz və zəif bir ölkə kimi bu məsələnin həlli yoluun öz-özlüyündə axtarıb tapmalıdır. Eyni zamanda, Azərbaycanın bugünki iqtisadi inkişafı Ermənistanla müqayisə olunmaz dərəcədədir. Əgər işğalçı ölkə bu gün Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə hazır vəziyyətdə deyilsə, onda Ali Baş Komandanın əmri ilə müharibə yolunu seçməliyik. Bizim hərbi paradımız, gücümüz və iqtisadi inkişafımız Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə zəmin yaradır. Ermənistan tərəfi çox gözəl şəkildə başa düşür ki, bu məsələni həll etmək lazımdır. Ermənistanın prezidenti Serj Sarkisyan gözəl dərk edir ki, Azərbaycanın siyasi stabilliyi, iqtisadi və hərbi gücü bu məsələni hərbi yolla həll etməyə imkan verir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu uzaqda deyil. Yəni, gec-tez bu məsələ öz həllini tapmalıdır və tapacaqdır. Hərb və yaxud da diplomatik yolla. Sadəcə olaraq, diplomatik yolla həll edilməsi üçün daha geniş imkanlar var. Ermənistan bu imkanları əldən verməməlidir. Bu imkanlardan istifadə edib qeyri-konstruktiv mövqeyindən geri çəkilərək Azərbaycan tərəfinin şərtlərini qəbul etməlidir.
Elşad Mirbəşiroğlu, politoloq:
- Ermənistan heç bir variantı seçməz. Yəni, işğalçı ölkə bu gün status-kvonun qalmasında tam maraqlıdır. Bu da o deməkdir ki, Ermənistan bu məsələlərdə təkbaşına deyil. İşğalçı ölkə burada kiminsə maraqlarına uyğun olaraq belə bir mövqe nümayiş etdirir. Əgər seçim qarşısında qalmağı nəzərdə tutsaq, təbii ki, Ermənistan heç bir halda öz havadarlarından təminat almadığı şəraitdə müharibə variantını seçməz. Çünki Ermənistan özünün hərbi potensialı ilə Azərbaycanın hərbi potensialı arasında fərqi aydın şəkildə görür və bilir. Bu baxımdan, Ermənistan heç bir halda cürət edib Azərbaycanla müharibə ritorikasında danışa bilməz. Ermənistanın əlindən gələn yeganə variant ondan ibarətdir ki, maksimum status-kvo vəziyyətini saxlasın. Yəni, nə müharibə, nə də ki, sülh vəziyyətini maksimum uzatsın. Əgər Ermənistan tərəfi müharibə aparmaq məcburiyyətində qalarsa, mütləq onun havadarları ona bu və ya digər formada kömək etməyi özlərinə öhdəlik kimi götürməlidirlər. Əgər Ermənistan təminatı almasa, Azərbaycanla heç bir halda açıq döyüşə, müharibəyə girişməyəcəkdir. Çünki, bu Ermənistanın çox qısa bir müddətdə çərçivəsində məğlubiyyəti olacaqdır. Sadəcə olaraq, hesab edirəm ki, işğalçı ölkə son nəticədə məcbur qalıb, özü könüllü şəkildə danışıq masası arxasına gəlməli olacaqdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək strategiyasınının əsasında da məhz bu durur ki, Ermənistan tam şəkildə məğlub olsun və işğal altında olan torpaqları özü öz xoşu ilə azad etmək məcburiyyətində qalsın. Ermənistan bu gün region ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən təklənməkdədir və bunu da dərk etməkdədir. Hesab edirəm ki, əgər Ermənistan özü müstəqil şəkildə bir variant seçməli olsa, o sülh variantına üstünlük vermək məcburiyyətində qalacaqdır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB