Elmar Məmmədyarov Astanada bir neçə ölkənin XİN rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov Astanada bir neçə ölkənin XİN rəhbəri ilə görüşüb
İyunun 27-28-də Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirlərinin 38-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bir sıra görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E. Məmmədyarov iyunun 28-də İraq, Əfqanıstan, Mərakeş, Seneqal, Qırğızıstan, Malayziya, İndoneziya və Qazaxıstanın xarici işlər nazirləri ilə bir araya gəlib.


Görüşlər zamanı 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsi, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com