Məlahət İbrahimqızı: “Hərbi parad Azərbaycan ordusunun NATO standartlarına uyğun olduğunu bir daha təsdiqlədi”
\"Azərbaycanda keçirilən hərbi parad ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Hər bir vətəndaşın Silahlı Qüvvələrimizlə qürur duymağa haqqı var". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, son illər ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Onun sözlərinə görə, hərbi parad bir daha təsdiqlədi ki, Azərbaycan ordusu NATO standartlarına cavab verir.
"NATO ilə Azərbaycan arasında yaxşı əlaqələr mövcuddur. Bu gün hərbçilərimiz bu təşkilatın tədbirlərində fəal iştirak edir. Həmçinin, Azərbaycan əsgərləri dünyanın qaynar nöqtələrində də sülhün qorunmasında da öz töhfələrini verirlər. Bütün bunlar NATO-da yüksək qiymətləndirilir. Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı hər an işğaldan azad etməyə qadirdir"- deyə nümayəndə heyətinin üzvü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB