Kazan görüşündə prezidentlər birgə bəyanat qəbul ediblər- FOTO

Kazan görüşündə prezidentlər birgə bəyanat qəbul ediblər- FOTO
Bu gün Kazan Kremlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.
SİA-nın məlumatına görə, Kazan Kremlinin önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev qarşılayıb.


Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edilib.


Görüş çərçivəsində prezidentlər tərəfindən birgə bəyanat qəbul olunduğu bildirilib.

\"\"\"\"

\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə