Millət vəkili: "20 il bundan öncəki baxışlarla 2011-ci ilin məsələlərinə yanaşmaq düzgün deyil"

Millət vəkili: "20 il bundan öncəki baxışlarla 2011-ci ilin məsələlərinə yanaşmaq düzgün deyil"

19 iyun müxalifətin İctimai Palata adlanan qanadının çox ciddi siyasi məğlubiyyəti oldu. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü aydın mirzəzadə söyləyib.

O qeyd edib ki, çox az sayda insanları ortaya çıxartmaqla, müxalifət gücünün və sosial bazasının nədən ibarət olduğunu açıq şəkildə göstərmiş oldu. Millət vəkili cəmiyyətin bu gün müxalifətə və müxalifətin bu qanadına hər hansı bir maraq göstərmədiyini də bildirib. "Bu gün onların irəli sürdüyü şüuarlar cəmiyyət tərəfindən dəstəklənmir. O da ondan irəli gəlir ki, müxalifətin bu qanadının rəhbərləri inkişafdan kənardadırlar. Çünki 20 il bundan öncəki baxışlarla 2011-ci ilin məsələlərinə yanaşmaq düzgün deyil. Bununla belə demokratik dövlət olduğumuza görə, onların öz fikrini bildirmək, fərqli mövqe ortaya qoymaq, iqtidarla razılaşmamaq hüququ var", - deyən Aydın Mirzəzadə bu hüququn ölkəmizdə həmişə də qorunduğunu vurğulayıb.


Tapdıq Qurbanlı


Bütün xəbərlər Facebook səhifəmizdə