Prezident İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişa ilə görüşüb

Prezident İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişa ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşüb.

SİA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulandı, Albaniyanın Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi qeyd edildi.
Həmçinin görüşdə Azərbaycanın Albaniyaya sərmayə yatırması, turizm, özəlləşdirmə və digər sahələrdə əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Bu məsələlərin müzakirəsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.

Bütün xəbərlər Facebook səhifəmizdə