Rusiya XİN: “Kazan görüşü Dağlıq Qarabağın həllində əsas keçid rolunu oynayacaq”
\"İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı üçtərəfli görüşü münaqişəsinin həllində əsas keçid rolunu oynayacaq və tərəflər münaqişənin həllində baza prinsiplərində razılıq əldə edəcəklər\". SİA-nın məlumatına görə, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatında deyilir: "Biz rəsmi Bakı və İrəvanın mayın 26-da Dovildə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa prezidentlərinin - Azərbaycan və Ermənistan liderlərinə siyasi iradə göstərmək və Kazan sammiti zamanı Dağlıq Qarabağ nizamlamasının əsas prinsipləri layihəsi üzərində müzakirələri başa çatdırmaq çağırışı əks olunan birgə bəyanatına konstruktiv yanaşacaqlarını gözləyirik".
"Kazanda müzakirə ediləcək sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün nəticəsidir, münaqişənin nizamlanmasında irəliyə doğru hərəkət etmək və ümumi qəbul edilən sülh sazişinin sonradan hazırlanması üçün real əsasdır. Ümid edirik ki, tərəflər bu əsasda sülh, çiçəklənmə və bütün regionun inkişaf maraqları naminə razılığa gələcəklər", - məlumatda deyilir.
Qeyd edək ki, iyun ayının 24-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərnin üçtərəfli görüşü olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB