"ABŞ-ın Əfqanıstandakı döyüş missiyası başa çatır". SİA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib. Onun planına görə, 2014-cü ildən İslam respublikalarında təhlükəsizliyi yerli hakimiyyət təmin etməlidir.Obama Ağ Evin Şərq otağında səsləndirdiyi bəyanatında əfqan kampaniyasına nöqtə qoymadığını bildirib. O, 18 ay bundan qabaq Əfqanıstana göndərilmiş əlavə qoşunu qaytaracaq. 10 min əsgər bu ilin sonunda evinə qayıdacaq, daha 23 min əsgər isə Əfqanıstanı 2012-ci ilin sentyabrına kimi tərk edəcək: \"Bizim əsgərlər Əfqanıstanı hakimiyyəti yerli təhlükəsizlik qüvvələrinə təqdim etmək məqsədi ilə tərk edəcək. Bizim missiyamız artıq döyüş yox, dəstək olacaq. 2014-cü ilə qədər əraziyə nəzarət yerli hakimiyyətə veriləcək və əfqan xalqı özü öz təhlükəsizliyinə cavabdeh olacaq".
Qeyd edək ki, ABŞ Əfqanıstanda 10 ildən artıqdır ki, müharibə edir. 11 sentyabr hücumundan sonra ABŞ-ın o vaxtkı prezidenti Corc Buş baş terroristi axtarmaq üçün oraya dəniz piyadalarını göndərib. 2011-ci ilin ortasına kimi bu əməliyyatlarda yarım milyon amerikalı əsgər öldürülüb, 12 mini isə yaralanıb. Bundan başqa müharibədə büdcədən 443 milyon dollar sərf edilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB