"Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkilərində Putinlə mənim rəqabətim mümkün deyil". SİA-nın məlumatına görə, bu barədə "The Financial Times" nəşrinə müsahibəsində prezident Dmitri Medvedyev bildirib. Dövlət başçısı: "Mən həmkarım və çoxdankı dostum Vladimir Putinlə eyni siyasi partiyanın üzvüyük və eyni siyasi qüvvəni təmsil edirik. Aramızda yarana biləcək rəqabət son illər dövlətimiz üçün mövcud olan problemin həllinə can atdığımız məqsəd və vəzifələrə zərər vura bilər. Buna görə də düşünürəm ki, bu, ölkəmiz üçün yaxşı ssenari olmazdı",-deyə əlavə edib.
İkinci dəfə prezidentliyə namizəd olub-olmayacağı sualına cavabında isə Medvedyev bildirib ki, prezident postunda olan istənilən lider ikinci dəfə bu vəzifəyə seçilmək istəyər: "Amma Putinin seçkilərdə iştirak edib-etməyəcəyi başqa məsələdir. Bununla belə Konstitusiya ikinci dəfə seçilməyə imkan verir. Ancaq bu posta seçilsəm, əvvəlcədən də səsləndirdiyim məqsədlərə - iqtisadiyyat və cəmiyyətin, o cümlədən modernləşməsi üçün əlimdən gələni edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB