ABŞ rəsmisi: “Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər” - MÜNASİBƏT

ABŞ rəsmisi: “Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər” - MÜNASİBƏT

"Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər və olmalıdır". SİA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia jurnalistlərə açıqlamasında deyib. Azərbaycanda faydalı görüşlər keçirdiyini deyən ABŞ rəsmisi demokratiya və insan hüquqları mövzusunun diqqət mərkəzində olduğunu qeyd edib: "Əgər Azərbaycan höküməti ABŞ dövləti ilə öz əlaqələrini qurmaq istəyirsə bu sahədə çalışmalıdır. Düşünürük ki, bu sahədə Azərbaycan höküməti 21-ci əsrdə uğur qazanmış və müasirləşmiş dövlətlərin sırasına keçməlidir. Vurğuladığımız əsas cəhət odur ki, insan hüquqları sahəsində uğurlar əldə etmiş dövlətlərlə Amerikanın əməkdaşlığı da uğurlu olur. Biz Azərbaycan hökumətini bu sahəyə daha böyük diqqət yetirməyə çağırırıq".

T.Melia vurğulayıb ki, bir sıra beynəlxalq qurumların Azərbaycana dair hesabatlarında azad media, seçki və siyasi fəaliyyətlə bağlı məqamlar bu istiqamətdə görülməli işlərin olduğunu göstərir: "Demokratiya Amerika hökuməti üçün əsas prioritetlərdən biridir. ABŞ-la əlaqələrini möhkəmləndirmək istəyən hər bir ölkə bu sahədə daha əzmlə çalışmalıdır"

Bütün xəbərlər Facebook səhifəmizdə