Mədət Quliyev: \"Penitensiar Xidmətin 10-dan artıq əməkdaşı yol verdiyi nöqsanlara görə işdən azad olunub\"
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ondan artıq əməkdaşı yol verdiyi nöqsanlara görə işdən azad olunub. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev bildirib. Onun sözlərinə, bir neçə müəssisənin rəisi yalnız təqaüd yaşına çatdığı üçün deyil, həm də müəssisə rəhbəri kimi işlədiyi dövrdə vəzifə borclarını tam yerinə yetirmədiyi üçün onların barələrində belə qərarlar verilib: "Onlar xidməti vəzifə borclarını günün tələblərinə uyğun yerinə yetirmədikləri üçün işdən çıxarılıblar. Eyni zamanda Penitensiar Xidmətin və xidmət əməkdaşlarının adına xələl gətirən hərəkətlərə yol verənlər barəsində isə əməliyyat tədbirləri aparılır, onlar vəzifədən kənarlaşdırılır, hərəkətlərində cinayət tərkibi olarsa, istintaqa təhvil verilir".
M. Quliyev bildirib ki, Penitensiar Xidmət sistemində 58-59 yaşında olan əməkdaşlar var, onlar üzərlərinə düşən vəzifəni bacarmırlarsa, təqaüdə göndərilirlər. Xidmətdə yaranan vakansiyalarla bağlı elanlar verilib, penitensiar xidmətdə işləmək üçün 800-dən artıq şəxs sənəd verib. Onlardan 300-dən çoxu test mərhələsini keçib və onların işə başlaması üçün sənədləri hazırlanır: "Hesab edirəm ki, 6-7 ay ərzində Penitensiar Xidmət sistemində bütün vakant yerlər tutulacaq. Penitensiar Xidmət əməkdaşları ədliyyə orqanlarında xidmətkeçmənin son yaş həddinə çatmasa belə, tələblərə cavab vermədiyi halda xidmətdən xaric olunacaqlar\".
Ədliyyə Nazirliyi tərəfindən 7 cəzaçəkmə müəssisəsinin tikildiyini deyən Mədət Quliyev bildirib ki, yaxın vaxtlarda qadınlar üçün tikilən cəzaçəkmə müəssisəsi istifadə veriləcək: "Azərbaycan hökuməti tərəfindən cəzaçəkmə müəssisələri lazımi vəsaitlə təmin olunur. Biz də çalışırıq ki, həmin vəsait lazım olan yerə xərclənsin. İlkin olaraq Şəki, Gəncə və Bakıda tikilən cəzaçəkmə müəssisələrinin təhvil veriləcək. Qobustan həbsxanası tələblərə cavab vermir. Həm də Qobustan qoruğu ərazisində yerləşdiyinə görə tezliklə başqa yerə köçürüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB